Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyevin Misir vətəndaşlarının terrorçular tərəfindən qətlə yetirilməsinə dair şərhləri
Biz Misir Ərəb Respublikasının 21 nəfər vətəndaşının terrorçular tərəfindən vəhşicəsinə qətlə yetirilməsini qəti şəkildə pisləyirik. Misir xalqına və qətlə yetirilən şəxslərin ailələrinə dərin hüznlə baş sağlığı veririk.
Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikası Misir xalqının kədərinə şərik çıxır və bir daha terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir.
Azərbaycan Respublikası terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini əzmlə dəstəkləyir.