Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Seneqala səfər edib
Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev 14-17 sentyabr 2015-ci il tarixlərində Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən donor ölkələrin nümayəndələri üçün Seneqala təşkil olunan səfərdə iştirak etmişdir.
Səfərin təşkilində əsas məqsəd ölkədə davam edən humanitar vəziyyətlə, xüsusilə Kasamanç bölgəsində silahlı qarşıdurma nəticəsində evlərini tərk etmiş və yenidən qayıtmış məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılmasına yönəldilmiş BQXK tərəfindən həyata keçirilən layihələri ilə yaxından tanışlıq olmuşdur.
Dünyanın yeni donor ölkələrinin nümayəndələrinin iştirak etdiyi səfər çərçivəsində Seneqal hökumətinin rəsmiləri, ölkədə fəaliyyət göstərən beynəlxalq humanitar qurumlar, eləcə də qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə görüşlər keçirilib.
Səfər zamanı, AİDA ilə BQXK arasında mümkün əməkdaşlıq layihələri ətrafında fikir mübadiləsi aparılıb.