news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 dekabr 2010

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 19-cu görüşündə çıxışı

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 19-cu görüşündə çıxışı

İstanbul, 22 dekabr 2010-cu il

Hörmətli sədr,

Cənab Baş Katib,

Hörmətli həmkarlar,

Xanımlar və cənablar,

Mən Azərbaycan heyəti adından bu tədbirin bütün iştirakçılarını salamlamaqdan şərəf duyuram və hamınıza uğurlu və nəticəli tədbir arzulayıram. İlk növbədə cənab sədrə və Türkiyə Respublikası hökumətinə ənənəvi səmimi Türk qonaqpərvərliyi və tədbirin gözəl təşkilinə görə dərin təşəkkürümüzü bildirmək istəyirik.

Bu görüş, bizim artdıqca vacib regionumuzun inkişaf və tərəqqisinə nail olmaq üçün müsbət dəyişikliklərə istiqamətlinmiş İƏT çərçivəsində ardıcıl birgə səylərin növbəti raundunun kulminasiyasıdır.

Hörmətli həmkarlar,

İƏT-ın üzv ölkəsi olaraq Azərbaycan Respublikası bu təşkilatın çərçivəsində əməkdaşlığa xüsusi önəm verir. Biz əminik ki bugünkü görüşdə qəbul olunan qərarlar təşkilatın canlandırılmasında, onun effektivliyinin və bölgəmizin üzləşdiyi çağırışlarla cavab vermə qabiliyyətinin artırılmasında vacib addım olacaq.

Nəzərə alaraq ki, nəqliyyat İƏT daxilində əməkdaşlığın əsas qurucu elementidir və regional ticarətin inkişafı üçün ilkin şərtdir, biz hesab edirik ki İƏT ölkələri üçün faydalı olacaq Bakı-Tiflis-Qars və Qəzvin-Rəşt-Astara kimi əsas regional dəmir yolu layihələrin tamamlanması istiqamətdə bütün səyləri artırılması vacibdir.

Tranzit potensialını artırmaq məqsədilə, Azərbaycan Trans-Avropa və Trans-Asiya şəbəkələrinin birləşməsinə xidmət edəcək öz nəqliyyat infrastrukturunu çox şaxəli etməyə və müasirləşdirməyə çalışır. Bununla yanaşı, yeni Beynəlxalq Dəniz Ticarət Limanının və onun təminat (logistik) mərkəzinin inşası beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabətliliyini və region ölkələrinin tranzit imkanlarını əhəmiyyətli dərəcədə artıracaqdır.

Eyni zamanda Azərbaycan enerji mənbələrinin nəql edilməsinin çox şaxəliliyində, enerji təhlükəsizliyinin artırılmasında və cəlb olunmuş ölkələrin, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin iqtisadiyyatlarının inkişaf etdirilməsində böyük rol oynayacaq regional enerji layihələrin həyata keçirilməsində fəallıq göstərir.

İƏT-də müsbət irəliləyişlərin əldə olunmasına baxmayaraq, biz bu nailiyyətlərlə kifayətlənə bilmərik və inanırıq ki, təşkilatın mövcud potensialından tam yararlana bilməmişik. Bunun tam şəkildə dərk edilməsi üçün İƏT-ə üzv ölkələr təşkilatın effektivliyinin artırılmasına yönəlmiş islahatların həyata keçirilməsi prosesini davam etdirməlidirlər.

Biz İƏT-in bütövlükdə təşkilatı strukturunu ölkələrimizin və bütün regionun ehtiyacları və üzləşdiyi çağırışlara cavab verməyə uyğun formaya gətirəsiyik. Biz İƏT-i tamamilə yetişmiş bir təşkilata çevirməyə müvəffəq olduq, lakin buna baxmayaraq bu təşkilat effektiv və əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməlidir. Bu vəziyyətin yaxşılaşdırılması üçün İƏT-in bütün üzv ölkələrinin ümumi və müştərək baxışları və həmçinin güclü bağlılığı və cəlb olunmaları vacibdir.

Biz həmçinin əməkdaşlığın daha çox sahələrini əhatə etməkdən çəkinməliyik. Bizim təcrübə bunun səmərəli olmadığını göstərir. Beləliklə fəaliyyətimiz daha mərkəzləşdirilmiş və layihə yönlü olmalıdır: bu xüsusilə planlaşdırma və həyata keçirmə mərhələlərinə aiddir. Əlavə olaraq, bu müəyyən prioritetlərə əsaslanmalı, təşkilatı imkanlarımıza və məhdud mənbələrimizə uyğun şəkildə həyata keçirilməlidir. Əminik ki, əməkdaşlıq sahələrinin prioritetləşdirilməsi və həmçinin İƏT-in işçi və ekspert qruplarının səmərəliliyinin artırılması bütövlükdə təşkilatın effektivliyinə təkan verə bilər.

Bu baxımdan, Azərbaycan hesab edir ki İƏT-i çərçivəsində əməkdaşlığın hüquqi və fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var . Aydın məsələdir ki, yuxarıda qeyd olunanları təşkilatımızın iş üsullarında müvafiq dəyişikliklər etmədən qaradan qaldıra bilmərik. Biz əminik ki, buna nail olmaq məqsədi ilə İƏT islahatlar prosesini davam etdirməli və bunu gündəliyin vacib məsələsi kimi qeyd etməliyik.

Xanımlar və Cənablar,

İslahat qaydalarını qəbul edərkən üzv dövlətlərin qarşılaşdığı ictimai-siyasi və humanitar xarakterli problemlər Təşkilat tərəfindən müvafiq qaydada baxılmalıdır. Regionda qeyri-sabitlik davam etdiyi müddətdə real regional əməkdaşlıq müzakirə oluna bilməz. Bu regionumuzun və Təşkilatın üzləşdiyi ən ciddi problemdir və onları həll etmək üçün daha qətiyyətli cəhdlər etmək lazımdır.

Bildiyiniz kimi Azərbaycanın 20% torpaqlarının qonşu Ermənistan tərəfindən işğal altında olması və ölkədə 1 milyon qaçqın və məcburi köçkünlərin mövcudluğu İƏT regionunda inkişaf, sabitlik və tərəqqi bərqərar olunmasına böyük maneələr törədir. Bu baxımdan təşkilat və üzv ölkələr Azərbaycanın münaqişənin tez bir zamanda həllinə və ərazi bütövlüyünün bərpasına yönəlmiş mövqeyinə öz qətiyyətli və ardıcıl dəstəyini artırmalıdır.

Cənab Sədr,

Sonda bir daha bildirmək istərdim ki, Azərbaycan Respublikası İƏT daxilində əməkdaşlığın inkişaf etdirilməsində fəal rol oynamağa hazırdır və təşkilatımızın zəngin potensialının reallaşdırılmasında digər üzv dövlətlərlə birgə fəaliyyət göstərməyə davam edəcəyik.

Diqqətinizə görə minnətdaram.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti