No:661/23, Nazir Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə telefon danışığına dair mətbuat məlumatı
18 noyabr tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.
Nazirlər ikitərəfli və regional gündəlikdə duran və həlli zəruri olan məsələləri, eləcə də cari regional vəziyyəti müzakirə ediblər.
Bölgədə regional formatlar çərçivəsində aparılan işin vacibliyi, bu istiqamətdə səylərin artırılmasının əhəmiyyəti qeyd edilib, bu prosesin bölgədə sülh və sabitliyə töhfə verəcəyi vurğulanıb.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.