No:618/23, Nazir Ceyhun Bayramovun Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığına dair mətbuat məlumatı

28 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı nazirlər Azərbaycanla Rusiya arasında əməkdaşlıq məsələləri, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivlərini, eləcə də bölgədəki cari vəziyyəti müzakirə ediblər.

Telefon danışığı zamanı, Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyü çərçivəsində münasibətlərin normallaşdırılmasının və bölgədə davamlı sülhün bərqərar edilməsinin vacibliyi vurğulanıb.

Telefon danışığı zamanı, həmçinin digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti