No:515/22, Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının on ikinci iclasının yekununa dair mətbuat məlumatı

Cari ilin 14-15 noyabr tarixlərində Dərbənd şəhərində Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının on ikinci iclası keçirilib.

 

Komissiya 2022-ci il üzrə planlaşdırılan bütün tədbirlərin uğurla yerinə yetirildiyini məmnunluqla qeyd edib, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin beynəlxalq hüquqi rəsmiləşdirilməsinin gedişatı barədə müzakirə aparıb, habelə Komissiyanın 2023-cü il üçün iş planına baxıb və təsdiq edib.

 

Görüş qarşılıqlı anlaşma və konstruktiv dialoq ruhunda keçirilib.

 

Birgə Komissiyanın növbəti iclasının keçirilmə məkanı və tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti