No:503/22, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırır

Sual: Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan yaxın günlərdə Vaşinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken ilə üçtərəfli görüşün keçiriləcəyini bildirib. Bu xəbərə münasibətinizi öyrənmək istərdik.

 

Cavab: Qeyd edək ki, Azərbaycan tərəfinin bu kimi görüşlərin keçirilməsi ilə əlaqədar açıqlamanın verilməsinə dair yanaşması ondan ibarətdir ki, bu barədə ilk elan bir qayda olaraq görüşə ev sahibliyi edən ölkə tərəfindən verilməlidir.

 

Sorğunuza gəldikdə isə bəli, həqiqətən də yaxın günlərdə Vaşinqton şəhərində Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün keçirilməsi planlaşdırılır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti