No:433/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin XİN-in Dövlət Protokolu idarəsinin rəisinin Portuqaliya Respublikasının Azərbaycana yeni təyin olunmuş müvəqqəti işlər vəkili ilə görüşünə dair məlumatı

12 noyabr 2021-ci il tarixində Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi Ramil Rzayev Portuqaliya Respublikasının Azərbaycana yeni təyin olunmuş müvəqqəti işlər vəkili Karlos Alberto Masyel Fereyranı qəbul edib.

Görüş zamanı Ramil Rzayev müvəqqəti işlər vəkilinə gələcək fəaliyyətində uğurlar arzu edib.

Görüşdə Azərbaycan və Portuqaliya Respublikası arasında dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti