news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 05 noyabr 2021

No:414/21, AR XİN Mətbuat xidməti idarəsinin xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev ilə görüşünə dair məlumatı

5 noyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev ilə görüşüb.

Tərəflər, Türk Şurasının qarşıdan gələn Zirvə görüşü və yüksək səviyyəli tədbir öncəsində keçiriləcək toplantılara hazırlıq, bu çərçivədə qəbul olunacaq sənədlərlə bağlı fikir mübadiləsi aparıblar.

Baş katib Bağdad Amreyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirilmiş görüşə məmnunluqla istinad edib və təşkilatın cari sədri qismində dövlət başçısı tərəfindən verilən tapşırıqlarla bağlı qeydlərin götürüldüyünü bildirib.

Nazir Ceyhun Bayramov Türk Şurası ilə əməkdaşlığın Azərbaycan üçün əhəmiyyət kəsb etdiyini vurğulayıb və sədrliyi dövründə görülən işlərin bunun bariz göstəricisi olduğunu qeyd edib. Bu müddət ərzində TŞ Katibliyinin fəaliyyəti məmnunluqla vurğulanıb.

Görüş zamanı, həmçinin təşkilatın gündəliyində duran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti