news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 noyabr 2019

No:368/19, Xarici işlər naziri Elmar Məmmədyarov Litva Respublikası Seyminin (Parlament) sədri Viktoras Prantskietisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi

Görüşdə tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi apardılar.

Görüş zamanı ölkələrimiz arasında mövcud olan əməkdaşlıq yüksək qiymətləndirildi və iki ölkə arasında kənd-təsərrüfatı, enerji, nəqliyyat, turizm, elm-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğu qeyd olundu. Eyni zamanda parlamentlərarası diplomatiyanın əhəmiyyətinə toxunularaq bu xüsusda parlamentarilər arasında mütəmadi təmasların vacibliyi vurğulandı.

İkitərəfli formatla yanaşı, Azərbaycan və Litvanın beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığı qeyd olundu.

Nazir Elmar Məmmədyarov qarşı tərəfə Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələri, müzakirə edilməkdə olan yeni Saziş, o cümlədən Şərq Tərəfdaşlığı proqramı çərçivəsində iştirakımız barədə məlumat verdi.

Habelə tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ilə bağlı fikir mübadiləsi aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti