No:367/24, İSRAİL DÖVLƏTİ VƏ LİVAN RESPUBLİKASI ƏRAZİLƏRİNDƏ OLAN AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ NƏZƏRİNƏ!

Livan və İsrail arasında mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən müvafiq olaraq 3 və 5 avqust 2024-cü il tarixlərində edilmiş səyahət xəbərdarlıqlarına ciddi şəkildə riayət etməyin vacib olduğunu diqqətə çatdırırıq. 

 

Bununla yanaşı, İsrail ərazisində xüsusi vəziyyət elan edilməsi ilə əlaqədar, vətəndaşlarımıza İsrailin Livan sərhədinə yaxın ərazilərə səfər etməməyi və yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmağı tövsiyə edirik. 

 

Əlaqə vasitələri:

Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi

telaviv@mission.mfa.gov.az +972 54 539 77 88

 

Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi

beirut@mission.mfa.gov.az +961 4 922 066.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti