news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 oktyabr 2020

No:345/20, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramov ilə Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığına dair məlumatı

Bu ilin 15 oktyabr tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Nazir Ceyhun Bayramov Ermənistan tərəfindən humanitar atəşkəsin kobud şəkildə pozulması və Azərbaycanlı dinc insanların və mülki obyektlərin atəşə tutulması barədə məlumat verib. İnsanların dəfn mərasimində atəşə tutulmasını barbarlıq kimi qiymətləndirən nazir Ceyhun Bayramov, Tərtərdə 3 mülki şəxsin qətli və 5 nəfərin yaralanması ilə nəticələnən hücumu Ermənistanın növbəti müharibə cinayəti olduğunu vurğulayıb.

Nazir Mevlüt Çavuşoğlu Ermənistan silahlı qüvvələrinin dinc insanları hədəfə alınmasını qətiyyətlə pisləyib. Mülki insanların həyatını itirməsi ilə bağlı ciddi narahatlığını ifadə edib.

Nazirlər bölgədə sülhün təmin olunması üçün BMT TŞ-nin qətnamələrinin tələb etdiyi kimi Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün torpaqlarından çıxmasının vacibliyini vurğulayıblar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti