news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 13 oktyabr 2020

No:336/20, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin Xarici İşlər naziri Ceyhun Bayramov ilə Slovakiya Respublikasının Xarici və Avropa İşləri naziri İvan Korçok arasındakı telefon danışığına dair məlumatı

12 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Slovakiya Respublikasının Xarici və Avropa İşləri naziri İvan Korçok ilə telefon danışığı baş tutdu.

Xarici işlər naziri İvan Korçok bölgədəki gərginlikdən ciddi narahatlığını ifadə etdi və siyasi dialoqun bərpa edilməsinin vacibliyini vurğuladı. 

Nazir Ceyhun Bayramov, həmkarına 27 sentyabr 2020-ci il tarixində cəbhə xətti boyunca Ermənistan tərəfindən həyata keçirilmiş növbəti genişmiqyaslı hərbi təxribat və Ermənistanın hərbi təcavüzünü dəf etmək və əhalinin sıx yerləşdiyi mülki yaşayış yerlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan silahlı qüvvlərinin hücumlara qarşı əks həmlə əməliyyatı barədə məlumat verdi.  Nazir Ceyhun Bayramov, 10 oktyabr 2020-ci il tarixində humanitar atəşkəs elan olunduqdan sonra da Ermənistanın qəsdən Azərbaycan mülki əhalisini və mülki obyektlərini atəşə tutmağa davam etdiyini qeyd etdi. Naftalan, Şəmkir, Mingəçevir və Gəncə də daxil olmaqla cəbhə bölgəsindən çox uzaqda yerləşən Azərbaycan şəhərlərinin Ermənistan silahlı qüvvələrinin artilleriya atəşinə məruz qalması haqqında məlumat verdi.

Nazir Ceyhun Bayramov regionda davamlı sülh və təhlükəsizliyi təmin etmək üçün münaqişənin nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini vurğuladı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti