No:319/25, Nazir Ceyhun Bayramovun Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşünə dair mətbuat məlumatı

22 iyul 2025 20:00

22 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin baş naziri İrakli Kobaxidze ilə görüşüb.

 

Görüş zamanı tərəflər Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin strateji mahiyyətini önə çəkərək, bu əlaqələrin regionda sülh, sabitlik və inkişafa töhfəsinə dair fikir mübadiləsi aparıblar.

 

Müzakirələrdə enerji, nəqliyyat və kommunikasiya sahələrindəki genişmiqyaslı layihələr xüsusi yer tutub. Tərəflər bu layihələrin regional əməkdaşlıq üçün bir nümunə təşkil etdiyini və onların iki ölkə arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsində xüsusi rol oynadığını bildiriblər.

 

Xüsusilə “yaşıl enerji” sahəsində əməkdaşlığın potensialı və bu istiqamətdə mövcud təşəbbüslərin qarşılıqlı dəstəklənməsi ətrafında müvafiq addımlar müzakirə olunub.

 

Nazir Ceyhun Bayramov regional təhlükəsizlik gündəliyinə toxunaraq, Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı son inkişaflar və Azərbaycanın bu istiqamətdə atdığı addımlar barədə məlumat verib.

 

Tərəflər həmçinin iqtisadi-ticarət əlaqələrinin möhkəmləndirilməsi, nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılması və yeni əməkdaşlıq platformalarının yaradılması ilə bağlı fikir mübadiləsi aparıb.

 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər nəzərdən keçirilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti