No:310/25, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin İsrail-Suriya qarşıdurması ilə bağlı yerli medianın sualına cavabı
18 iyul 2025 15:35
Sual: Son bir neçə gündə Suriya silahlı qüvvələrinin cənub bölgələrinə nəzarəti bərpa etmək istiqamətində tədbirləri İsrail ordusunun müdaxiləsi ilə nəticələnib. Bu eskalasiyaya münasibətinizi öyrənmək istərdik?
Cavab: Suriyada baş verən prosesləri yaxından izləyirik. Suriyanın ərazi bütövlüyü və suverenliyinə, bölünməzliyinə və siyasi birliyinə dəstəyimizi bir daha ifadə edirik.
Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir.