news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 04 oktyabr 2019

No:307/19, XİN-in Mətbuat xidməti idarəsinin rəisi L.Abdullayeva KİV-in sualını cavablandırır (Az/Ru)

Sual: Dünən Azərbaycanın Qazax rayonunda Ermənistan silahlı qüvvələrinin məqsədyönlü şəkildə açdığı atəş nəticəsində Azərbaycanlı mülki şəxsin öldürülməsi ilə bağlı nə deyə bilərsiniz?

 

Cavab: Məlum olduğu kimi, bu ilin 2 oktyabr tarixində Ermənistan silahlı qüvvələri növbəti təxribata əl ataraq, Azərbaycan-Ermənistan sərhədi yaxınlığında Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskavatorumuzu atəşə tutmuşlar. İnsident nəticəsində ekskavatorun sürücüsü, mülki şəxs Səfərəli Abışov həlak olub. Ümumiyyətlə, xatırlatmaq istərdik ki, münaqişə ərzində Azərbaycanlı mülki şəxslərin məqsədyönlü şəkildə qətlə yetirilməsi Ermənistan silahlı qüvvələrinin fəaliyyətinin əsas mahiyyətini təşkil edib. 1992-ci ildə Xocalıda baş vermiş qanlı qətliam, eləcə də Azərbaycan və Ermənistan dövlət sərhədi və cəbhə xəttinə yaxın ərazilərdə yaşayan azyaşlı uşaqların öldürülməsi halları bunun bariz sübutudur.

Son zamanlar tendensiya halını almış və Ermənistan rəhbərliyinin məsuliyyətsiz bəyanatları ilə müşayiət olunan atəşkəsin pozulması halları onu təsdiq edir ki, təəssüf ki, işğalçı ölkənin bəyanat və əməlləri münaqişənin sülh yolu ilə həlli maraqlarına kökündən ziddir.

Bu hərəkətlər heç bir halda, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin gərginliyin azaldılması və münaqişənin sülh yolu ilə həlli prosesinin irəli aparılması və substantiv danışıqlar üçün müvafiq şəraitin yaradılmasına dair birmənalı çağırışının əks olunduğu 25 sentyabr 2019-cu il tarixli bəyanatının ruhu və mahiyyətinə uyğun gəlmir.  Biz Ermənistan tərəfinin növbəti mənfur hərəkətini qətiyyətlə pisləyirik və bir daha xatırladırıq ki, məhz Ermənistan tərəfinin gərginliyin artırılmasına yönəlmiş siyasəti sülh prosesində irəliləyişin əldə olunmasına və bölgədə sülh və təhlükəsizliyə başlıca maneə təşkil edir.

Mərhumun ailəsinə baş sağlığı veririk.

____

Руководитель Управления пресс-службы МИД АР отвечает на вопрос СМИ

Вопрос: Что Вы можете сказать относительно вчерашнего инцидента, когда в результате прицельного огня со стороны вооружённых сил Армении в Газахском районе Азербайджана был убит мирный житель?

 

Ответ: Как известно, 2 октября с.г. вооружённые силы Республики Армения предприняли очередную провокацию, подвергнув обстрелу экскаватор, проводивший работы по строительству дороги в направлении села Гушчу Айрым Газахского района близ линии азербайджано-армянской границы. В результате вчерашнего инцидента погиб водитель экскаватора Сафарали Абышов, являющийся гражданским лицом.

В целом, хотелось бы напомнить, что преднамеренное убийство азербайджанского мирного населения на протяжении всего конфликта составляло суть действий вооружённых сил Армении. Вопиющий акт геноцида в Ходжалы в 1992 г. и последующее целенаправленное убийство малолетних детей, проживающих на территориях, примыкающих к государственной границе Азербайджана и Армении и линии фронта, есть самые очевидные свидетельства этого факта.

Подобные приобретшие в последнее время характер тенденции нарушения режима прекращения огня, сопровождающиеся безответственными риторическими выпадами со стороны руководства Армении, подтверждают, что, к сожалению, слова и поступки страны-агрессора коренным образом противоречат интересам мирного разрешения конфликта.

Они ни в коей мере не согласуются с духом и буквой последнего заявления сопредседателей Минской группы ОБСЕ от 25 сентября с.г., где содержится однозначный призыв снизить напряжённость и обеспечить атмосферу, способствующую продвижению мирного процесса и благоприятствующую субстантивным переговорам. Мы решительно осуждаем это очередное злонамеренное деяние Армении и вновь напоминаем, что все существующие препятствия продвижению мирного процесса и достижению мира и безопасности в регионе создаются в первую очередь именно такого рода политикой Армении, направленной на эскалацию напряжённости.

Приносим свои  искренние соболезнования семье погибшего.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti