news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 sentyabr 2020

No:279/20, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin Xarici İşlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini Stiven Biqan arasında telefon danışığına dair məlumatı

Bu ilin 27 sentyabr tarixində Xarici İşlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini Stiven Biqan arasında telefon danışığı baş tutub.

ABŞ rəsmisi bölgədə baş verən yüksək gərginlik ilə bağlı ciddi narahatlığını ifadə edərək, hazırkı vəziyyəti sorğu edib.

Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktı barədə məlumat verərək Azərbaycan silahlı qüvvələrinin özünü müdafiə hüququ çərçivəsində mülki əhalisini müdafiə etmək məqsədilə həyata keçirildiyi cavab həmlələrini qeyd edib. Bölgədə yaşanan bu gərginliyin kökündə Ermənistanın 30 ilə yaxındır ki, davam edən işğalçılıq siyasətinin durduğu vurğulanıb və BMT TŞ qətnamələrinin tələbləri başda olmaqla beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməsinin vacibliyi bildirilib. Yaranmış vəziyyətin tam məsuliyyətinin Ermənistan üzərində olduğu vurğulanıb.

ABŞ Dövlət katibinin müavini Stiven Biqan öz növbəsində gərginliyin azaldılması üçün tərəflərin müvafiq addımlar atmasının vacibliyini qeyd edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti