No:252/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramov və Qazaxıstan Respublikasının xarici işlər naziri Muxtar Tleuberdı arasında telefon danışığı ilə bağlı məlumatı
25 may 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan Respublikasının xarici işlər naziri Muxtar Tleuberdı arasında telefon danışığı baş tutub.
Nazirlər, iki ölkə arasında mövcud olan geniş ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.
Eyni zamanda, çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri müzakirə edilib.
Nazirlər regional məsələlər, xüsusilə iqtisadi, nəqliyyat və logistika sahələrində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.