news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 sentyabr 2020

No:238/20, AR XİN Mətbuat xidməti idarəsinin Xarici İşlər naziri Ceyhun Bayramovun Özbəkistan Respublikasının Xarici İşlər naziri Əbdüləziz Kamilov ilə telefon danışığına dair məlumatı

7 sentyabr 2020-ci il tarixində Xarici İşlər naziri Ceyhun Bayramovun Özbəkistan Xarici İşlər naziri Əbdüləziz Kamilov ilə telefon söhbəti baş tutub

Nazirlər ikitərəfli əməkdaşlıq əlaqələrinin müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparıblar. İkitərəfli əməkdaşlığın inkişafı, o cümlədən pandemiyaya baxmayaraq ölkələr arasında ticarət dövriyyəsinin artdığı vurğulanıb.

Tərəflər, həmçinin Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, həmçinin Özbəkistan Respublikasının Müstəqil Dövlət Birliyində (MDB) hazırkı sədrlik dövründən irəli gələn məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı tərəflər digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıblar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti