No:234/21, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Qabon Respublikasının xarici işlər naziri ilə görüşünə dair məlumatı

Bu ilin 19 iyun tarixində Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Qabon Respublikasının xarici işlər naziri Pakome Moubelet Boupeya ilə görüşüb.

Nazir Ceyhun Bayramov qarşı tərəfə 44 günlük Vətən Müharibəsi və müharibədən sonra mövcud olan vəziyyət ilə bağlı ətraflı məlumat verib. O, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın irəli sürdüyü təşəbbüslərin Qabon tərəfindən dəstəklənməsinə görə təşəkkürünü ifadə edib. Həmçinin nazir təhsil sahəsində əməkdaşlıq məsələlərinə toxunaraq, QH və İƏT üzv ölkələrinin tələbələrinin Azərbaycanda təhsil almaq imkanlarından bəhs edib.

Nazir Pakome Moubelet Boupeya ölkəsinin hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayıb. Qarşılıqlı səfər mübadiləsinin əlaqələrin inkişafına müsbət təsir edəcəyi ifadə olunub.

Görüşdə, həmçinin iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti