news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 sentyabr 2018

No:232/18, Xarici işlər naziri Elmar Məmmədyarov ilə İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi Yusef bin Ahmad Al-Otaimin arasında görüş keçirildi

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibi Yusef bin Ahmad Al-Otaimin ilə görüşü keçirildi.

Tərəflər arasında İƏT-Azərbaycan əlaqələri və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları, İƏT-in Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Əlaqə Qrupu və bu çərçivədə görüləcək tədbirlər, habelə İƏT-in dünyada sülh və təhlükəsizliyin qorunmasında BMT-nin strateji tərəfdaşı kimi rolunun artması məsələləri ətrafında geniş fikir mübadiləsi aparıldı.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti