No:222/25, Nazir Ceyhun Bayramovun Keniyaya rəsmi səfərinə dair mətbuat məlumatı
02 iyun 2025 22:12
2 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Keniya Respublikasına rəsmi səfərə yola düşüb.
Rəsmi səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycan Respublikasının Keniya Respublikasındakı Səfirliyinin rəsmi açılış mərasimində iştirakı, habelə Keniya Respublikasının yüksək vəzifəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.