No:211/19, Nazir Elmar Məmmədyarov İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib
23 iyul 2019 07:41
Xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması münasibətilə İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Nassar İbrahim Məhəmməd Əl-Habaşnehi qəbul etdi.
Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələlərini müzakirə etdilər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi üzrə fikir mübadiləsi apardılar.
Səfir Nassar İbrahim Məhəmməd Əl-Habaşnehi diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfindən ona göstərilən dəstəyi xüsusilə qeyd etdi və bu xüsusda öz təşəkkürünü ifadə etdi.
Nazir Elmar Məmmədyarov səfir Nassar İbrahim Məhəmməd Əl-Habaşnehə gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu etdi.
