No: 192/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə telefon danışığına dair məlumatı

27 may 2021-ci il tarixində qarşı tərəfin təşəbbüsü ilə Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.

Nazir Dmitro Kuleba 28 May – Respublika Günü münasibətilə azərbaycanlı həmkarını təbrik edib, ona səmimi və xoş arzularını çatdırıb.

Nazirlər bölgədə mövcud olan cari vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov münaqişədən sonra bölgədə yaranmış yeni vəziyyət, üçtərəfli sazişlərin icrası, habelə sərhəd bölgəsində yaşanan son gərginliklər və Ermənistan tərəfinin təxribatları barədə Ukrayna xarici işlər nazirinə məlumat verib.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektlərini müzakirə ediblər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti