news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 iyul 2017

No:188/17, 9 iyul diplomatik xidmət orqanları əməkdaşlarının Peşə bayramı münasibətilə XİN-in rəhbər heyəti və kollektivi Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib

9 iyul - diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Xarici İşlər Naziri Elmar Məmmədyarov və XİN-nin kollektivi Fəxri Xiyabanı ziyarət edərək Ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub, xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzüblər.

 XİN kollektivi Şəhidlər Xiyabanını ziyarət edərək, vətənimizin suverenliyi və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin məzarları üzərinə və onların xatirəsinə ucaldılmış “Əbədi məşəl”abidəsinin önünə əklil və gül dəstələri qoyub, şəhdilərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.

 1919-cu il iyul ayının 9-da Azərbaycan Demokratik Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər il 9 iyul tarixinin Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında 24 avqust 2007-ci ildə Sərəncam imzalayıb.

 thumbnail_FullSizeRender

thumbnail_FullSizeRender (2)

thumbnail_FullSizeRender (3)

thumbnail_FullSizeRender (1)

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti