No:133/25, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 33 illiyi ilə əlaqədar iki ölkənin xarici işlər nazirləri arasında məktub mübadiləsinə dair mətbuat məlumatı (AZ/RU)

4 aprel tarixində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 33 ili tamam olur.

 

Bu münasibətlə, Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrov arasında təbrik məktublarının mübadiləsi baş tutub.

 

Azərbaycan Respublikası xarici işlər nazirinin ünvanlandığı məktubun mətnini təqdim edirik.

 

"Hörmətli Sergey Viktoroviç,

 

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 33 illiyi ilə əlaqədar səmimi təbrikləri qəbul edin.

 

Ötən onilliklər ərzində ölkələrimiz arasında ümumi tarixi dəyərlərə, qarşılıqlı hörmətə və etimada əsaslanan, o cümlədən bir-birinin maraqlarını nəzərə alan ikitərəfli münasibətlər uğurla inkişaf edərək strateji tərəfdaşlıqdan müttəfiqlik münasibətlərinə çevrilib.

 

Təbii ki, ən yüksək səviyyədə müntəzəm siyasi dialoq əməkdaşlığın mütərəqqi inkişafında mühüm amil olmaqla hər zaman Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinə rəvac verib.

 

22 fevral 2022-ci il tarixində Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni səviyyəyə keçidini təmin edərək, müxtəlif sahələrdə uzunmüddətli əməkdaşlıq üçün möhkəm zəmin yaradıb.

 

Bu gün, intensiv ikitərəfli təmaslarla səciyyələnən müttəfiqlik qarşılıqlı fəaliyyəti səmərəli şəkildə möhkəmlənməkdə davam edir. Bunun bariz nümunəsi ticarət dövriyyəsinin durmadan artması, qanunvericilik bazasının genişləndirilməsi, eləcə də birgə layihə və təşəbbüslərin uğurla həyata keçirilməsidir. İkitərəfli gündəmdə mədəni-humanitar əlaqələrin və regionlararası əməkdaşlığın genişləndirilməsi məsələləri xüsusi yer tutur.

 

Şübhəsiz ki, xarici siyasət qurumları arasında sıx əməkdaşlıq qarşılıqlı maraq doğuran geniş spektrli məsələlər üzrə müttəfiqlik qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə kömək edir.

 

Əminəm ki, Azərbaycan-Rusiya münasibətləri dövlətlərimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da hərtərəfli şəkildə dərinləşəcək və yeni məzmunla təmin olunacaqdır.

 

Cənab Nazir, yüksək ehtiramımı diqqətinizə çatdırıram.     

 

Ən xoş arzularla,                                

                                                                                                                                                                                                  Ceyhun Bayramov"

 

 

Rusiya Federasiyasının xarici işlər nazirinin məktubunun mətni ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür.

 

-

 

Пресс-релиз об обмене письмами между Министрами иностранных дел Азербайджанской Республики и Российской Федерации в связи с 33-й годовщиной установления дипломатических отношений

 

4 апреля исполняется 33 года со дня установления дипломатических отношений между Азербайджанской Республикой и Российской Федерацией.

 

По этому случаю, Министр иностранных дел Азербайджанской Республики Джейхун Байрамов и Министр иностранных дел Российской Федерации Сергей Лавров обменялись поздравительными письмами.

 

Представляем текст письма, адресованного Министром иностранных дел Азербайджанской Республики.

 

"Уважаемый Сергей Викторович,

 

Примите теплые поздравления в связи с 33-летием установления дипломатических отношений между Азербайджанской Республикой и Российской Федерацией.

 

За прошедшие десятилетия двусторонние отношения между нашими странами, основанные на общих исторических ценностях, взаимном уважении и доверии, а также учитывающие интересы друг друга, успешно развивались и переросли из стратегического партнерства в союзническое взаимодействие.

 

Безусловно, регулярный политический диалог на высшем уровне, являясь важным фактором поступательного развития сотрудничества, всегда задавал тон всестороннему азербайджано-российскому взаимодействию. 

 

Подписание 22 февраля 2022 года Декларации о союзническом взаимодействии ознаменовало собой переход межгосударственных отношений на качественно новый уровень и создало прочную основу для долгосрочного сотрудничества в самых различных областях.

 

На сегодняшний день, союзническое взаимодействие, характеризующееся интенсивными двусторонними контактами, продолжает плодотворно укрепляться. Наглядным примером являются устойчивый рост товарооборота, расширение договорно-правовой базы, а также успешное претворение в жизнь совместных проектов и инициатив. Особое место в двусторонней повестке дня занимают вопросы расширения культурно-гуманитарных связей и межрегиональная кооперация.

 

Несомненно, тесное сотрудничество по линии внешнеполитических ведомств способствует укреплению союзнического взаимодействия по широкому спектру вопросов, представляющих взаимный интерес.

 

Убежден, что азербайджано-российские отношения и далее будут всесторонне углубляться и наполняться новым содержанием в интересах наших государств и народов.

 

Прошу Вас, господин Министр, принять заверения в моем весьма высоком уважении.

 

С наилучшими пожеланиями,

                                                                                                                                                                                             Джейхун Байрамов"

 

 

С текстом письма Министра иностранных дел Российской Федерации можно ознакомиться по ссылке.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti