No:121/20, Xarici İşlər naziri Elmar Məmmədyarovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ilə telefon söhbəti baş tutub
25 may 2020 09:37
Bu ilin 24 may tarixində Xarici İşlər naziri Elmar Məmmədyarovun Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ilə telefon söhbəti olub.
Nazir Elmar Məmmədyarov həmkarı Mevlüt Çavuşoğlunun Azərbaycanın 28 May- Respublikası Günü münasibətilə səmimi təbriklərini qəbul etdi. Tərəflər, habelə bir-birlərini Ramazan bayramı münasibətilə təbrik etdilər və ən xoş arzularını ifadə etdilər.
Nazirlər, həmçinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin uğurla inkişafı ətrafında fikir mübadiləsi apardılar.
