news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 11 may 2018

No:115/18, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində "Ulu öndər Heydər Əliyev və Azərbaycanın xarici siyasəti" mövzusunda tədbir keçirilib

Tədbirdə xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Sevinc Fətəliyeva və Elman Nəsirov çıxış etdilər.

Tədbir zamanı məruzəçilər 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin xalqın israrlı təkidi ilə yenidən hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanda siyasi sabitliyin və təhlükəsizliyin bərqərar olduğunu və bütün sahələrdə olduğu kimi xarici siyasət sahəsində də köklü dəyişiklərin edildiyini nəzərə çatdırdılar.

Məruzəçilər ölkəmizin milli maraqları və beynəlxalq hüququn norma və prinsipləri nəzərə alınmaqla qonşu dövlətlər və dünya birliyi ilə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi, ölkəmizin enerji resurslarının dünya bazarlarına çıxarılması, nəqliyyat infrastrukturunun inkişafı, ələlxüsus Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı informasiya blokadasının aradan götürülməsi və işğalçıya qarşı beynəlxalq təzyiqin güclənməsi kimi məsələləri özündə ehtiva edən ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan və hal-hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət strategiyası haqqında iştirakçılara məlumat verdilər.

Daha sonra tədbir iştirakçıları AR Xarici İşlər Nazirliyinin foyesində ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoydular.


Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti