news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 aprel 2018

No:105/18, Azərbaycan və Malayziyanın xarici işlər nazirləri arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı təbrik məktubu mübadiləsi həyata keçirilib

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Malayziyanın xarici işlər naziri Anifah Aman arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.

Xarici işlər naziri Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda Azərbaycanın Malayziya ilə dostluq, qarşılıqlı anlaşma və etimad ruhunda olan səmimi dialoq və əməkdaşlığına böyük əhəmiyyət verdiyini bildirib.

Nazir Elmar Məmmədyarov iki ölkənin ortaq maraq və yaxın əməkdaşlıq əsasında qurulmuş səmimi bir münasibət formaşlaşdırdığını qeyd edib. O, iki ölkəni daha da yaxınlaşdırmaq üçün ən yaxşı zəmanət olan insanlararası münasibətlərin gücləndirilməsinin, qarşılıqlı olaraq xalqlarımızın mədəniyyətləriə marağın artırılmasının böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Nazir həmçinin, Malayziyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəkləyən mövqeyini, bu çərçivədə qəbul olunmuş BMT və İƏT -in müvafiq qətnamələrini dəstəklməsinin yüksək qiymətləndirdiyini diqqətə çatdırıb və bu dəstəyin davam edəcəyinə əminliyin ifadə edib.

Malayziyanın xarici işlər naziri Anifah Aman Elmar Məmmədyarova ünvanladığı məktubunda ötən 25 il ərzində iki ölkə arasında əlaqələrin bir çox sahələrdə, o cümlədən insanlararası münasibətlər səviyyəsində son dərəcədə inkişaf etdiyini qeyd edib. O bildirib ki, iki ölkə arasında qarşılıqlı anlaşma və rəğbət əsasında formalaşmış çoxşaxəli ikitərəfli münasibətlər təqdirəlayiqdir. Həmçinin Nazir, ikitərəfli əlaqələrin daha da gücləndirilməsi və inkişaf etdirilməsi üçün gələcəkdə birgə fəaliyyətin davam etdirilməsinə hazır olduğunu vurğulayıb.
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti