No:084/26, Nazir Ceyhun Bayramovla Belarusun xarici işlər naziri Maksim Rıjenkov arasında telefon danışığına dair mətbuat məlumatı

06 mart 2026 16:27

6 mart tarixində Belarusun xarici işlər naziri Maksim Rıjenkov Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

 

Telefon danışığı zamanı nazirlər regionda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıblar. Hərbi eskalasiya ilə bağlı narahatlıq ifadə olunaraq, gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyi vurğulanıb.

 

Nazir Ceyhun Bayramov Belarus həmkarını 5 mart tarixində İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumları barədə məlumatlandırıb.

 

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti