No:064/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun ABŞ Dövlət Departamentinin müşaviri Derek Şolle ilə telefon danışığına dair məlumatı

25 fevral 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun ABŞ Dövlət Departamentinin müşaviri, Dövlət Katibinin ali siyasət məşvərətçisi Derek Şolle ilə telefon danışığı baş tutub.

Tərəflər Ukraynadakı vəziyyət, habelə Cənubi Qafqaz bölgəsindəki ən son durum ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran məsələlərini müzakirə ediblər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti