No:063/25, Nazir Ceyhun Bayramovun Belqradda Serbiya Respublikasının milli bayramı münasibətilə təşkil edilmiş mərasimdə iştirakına dair mətbuat məlumatı

16 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya işgüzar səfəri çərçivəsində Serbiya Sarayında bu ölkənin Dövlətçilik Günü münasibətilə təşkil olunmuş qəbulda iştirak edib.

 

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç tərəfindən təşkil edilmiş mərasimdə Azərbaycan Respublikası və Serbiya Respublikası arasında əməkdaşlığın və dostluq əlaqələrinin inkişafı və möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb. 

 

Tədbirdə çıxış edən nazir Ceyhun Bayramov Azərbaycan və Serbiya Prezidentlərinin rəhbərliyi ilə Azərbaycan-Serbiya strateji tərəfdaşlığının daha da genişlənəcəyinə əmin olduğunu bildirib.

 

Strateji tərəfdaşlığımızın inkişafında ali və yüksək səviyyəli təmasların, mövcud dostluq münasibətlərinin, habelə bütün platformalar çərçivəsində göstərilən qeyd-şərtsiz dəstəyin əhəmiyyəti qeyd olunub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti