No:053/20, AR Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın şərhi
Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Milli Məclisindəki çıxışından sonra Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) 4 gün vaxt lazım oldu ki, bu çıxışı qavrasınlar və açıqlama hazırlasınlar.
Milli Məclisin ilk iclasında Prezident İlham Əliyev tərəfindən proqram xarakterli çıxış səsləndirildi və həmişə olduğu kimi, bu dəfə də cənab Prezident tərəfindən hər hansı qeydlərə, vərəqlərə baxılmadan bu çıxış təqdim olundu. Çıxış əsnasında dövlət rəhbəri tərəfindən tarixi faktlara istinad edilərək Ermənistana növbəti dəfə zərbə vuruldu. Burada xüsusilə, 1805-ci il Kürəkçay Müqaviləsinə istinad edildi. Tövsiyə edərdik ki, Ermənistan XİN-i tərəfindən Kürəkçay Müqaviləsi öyrənilsin; hətta bu müqavilə haqqında broşuranın hazırlanması da faydalı olardı. Onların bu müqaviləni yaxından öyrənməsi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin vaxtını yaxınlaşdırardı. Bu tarixi müqaviləni oxuyan hər kəs görür ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu müqaviləni bir tərəfdən Qarabağ xanı İbrahimxəlil xan, digər tərəfdən isə Qafqazdakı rus qoşunlarının baş komandanı Sisianov imzalamışdı. Prezident İlham Əliyevin sözləri ilə desək, Kürəkçay müqaviləsində erməni xalqı/toplumu haqqında bir cümlə belə yoxdur. Prezidentin toponimlərlə bağlı sözləri tam həqiqəti əks etdirir. Bununla bağlı xəritələrə və internet resurslarına baxmaq kifayət ki, Ermənistan tərəfi bu həqiqətlərlə tanış olsun. Məsələn, Yeğeqnadzor, onun əzəli adı Keşişkənddir, Razdan çayı, əzəli adı Zəngi çaydır, Sevan gölü isə tarixi Azərbaycan gölü olan Göyçə gölüdür.
Prezident öz çıxışında Ermənistanın Respublikaçılar Partiyası ilə də bağlı məsələlərə toxunmuşdur. Uzun müddət Ermənistanda hakimiyyətdə olan Respublika Partiyasının gerbi faşistlərin gerbi ilə eynilik təşkil edirdi. Ermənistan XİN-in şərhində isə bu məqama yer verilmir və onun üzərindən sükutla keçilir. Ermənistanda keçmiş hakimiyyət nümayəndələrini, bu ölkənin sabiq prezidentlərini istintaqa cəlb ediblər, həbs ediblər. R.Köçəryan bir ildir ki, bir sıra ittihamlarla həbs olunub, S.Sarkisyana qarşı isə korrupsiya ittihamları irəli sürülüb. Əslində bu iki şəxs 1992-ci ildə törədilmiş Xocalı soyqırımına və insanlıq əleyhinə cinayətə görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Bir sabiq prezidentin həbs olunması, digərinə qarşı ittihamların irəli sürülməsi və bundan sonra demokratiyadan danışmaq gülüncdür və ikrah doğurur. Bu günlərdə isə Ermənistan hökumətinin rəhbəri tərəfindən Konstitusiya Məhkəməsinin hakiminə bir bahalı qələmə görə ittihamlar irəli sürülüb və ölkədə ümumxalq referendumu keçirilir. Ermənistan rəhbərliyi tərəfindən həyata keçirilən bu siyasət əslində demokratiyaya böyük bir zərbədir.
Ermənistan Baş nazirinin metroda biabırçı hərəkəti onun ölkədə nə qədər hörmətsiz olduğunu açıq şəkildə göstərir. Insanlar ona salam belə vermirlər və gənc xanım tərəfindən vərəqin cırılaraq onun üzünə atılması da onun nə dərəcədə hörmətsiz olduğunun göstəricisidir.
Ermənistanda islamafobiya və ksenofobiya pik səviyyədədir. Əhalinin 99.9%-ni məhz ermənilər təşkil edir. Azərbaycan isə çox konfessiyalı və çox millətli bir dövlətdir. Prezidentin çıxışında dünya dini liderlərinin, xüsusilə Roma Papasının, bu məsələdə Azərbaycanla bağlı səsləndirdiyi ifadələri dilə gətirilmişdir. Lakin bu günədək dünya dini liderləri tərəfindən Ermənistandakı çox konfessiyalılıq haqqında heç bir söz eşitməmişik. Çünki Ermənistanda faşizm və ksenofobiya mahiyyətli siyasət həyata keçirilir. Bütün bu illər ərzində Ermənistan gəncləri faşizm ideologiyası əsasında böyüdülüb. Ermənistan özünü əziyyət çəkən xalq kimi təqdim etməsi, özünü alçaltmaqdan və yalançı tarix ilə spekulyasiya etməkdən başqa bir şey deyildir. Ermənistanın hazırkı hakimiyyətinin qeyri-legitim olması heç kimə sirr deyil. Siyasi rəqiblərinə qarşı repressiyaların həyata keçirilməsi Ermənistan hakimiyyətinin anti-demokratik və anti-insani mahiyyətini açıq şəkildə nümayiş etdirir.
Azərbaycanın Avropa qurumları ilə əlaqələrinə gəldikdə isə, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə müsbət qiymət verilmişdir. Bəzi Avropa qurumlarında Ermənistanın təsiri altında Azərbaycana qarşı çirkin niyyətli olan şəxslər Azərbaycan tərəfindən ifşa edilməkdə davam etdiriləcəkdir. Məsləhət görərdik ki, Ermənistan XİN-i Azərbaycanın Avropa qurumları ilə əlaqələrinə burnunu soxmasın.
Yaxşı bilirik ki, Ermənistan Avropa qurumları ilə müzakirələrdə bir söz, digər tərəfdaşları ilə müzakirələrdə isə tamamilə fərqli fikirlər işlədir. Hətta Avropa ilə təmaslarda o iddia ilə çıxış edir ki, bəzi müttəfiqləri və tərəfdaşları olmasa sanki Ermənistan Avropaya daha da yaxın olardı. Bu da Ermənistanın yürütdüyü riyakar siyasətin bir nümunəsidir. Ermənistan XİN-i 4 gün ərzində bir vərəqin yazılmasına müvəffəq olması onların məhdud düşüncəsini əks etdirir.
Bütün bunlar Ermənistanın məsuliyyətsiz və təhlükəli siyasət yürütdüyünün əlamətləridir. Məhz Ermənistanın yürütdüyü bu siyasət regional təhlükəsizliyə ciddi təhdid törədir. Belə məsuliyyətsiz hərəkətlər davam edərsə vəziyyətin gərginləşməsinə görə məsuliyyəti tam şəkildə Ermənistan daşıyacaqdır.
---
Комментарий руководителя Управления пресс-службы Министерства иностранных дел Азербайджанской Республики
После выступления Президента Ильхама Алиева в Милли Меджлисе Азербайджанской Республики Министерству иностранных дел Республики Армения потребовалось 4 дня, чтобы понять это выступление и подготовить указанное заявление.
На первом заседании Милли Меджлиса Президент Ильхам Алиев выступил с программной речью, и, как всегда, г-н Президент произнёс её, не глядя ни на какие заметки или листки. В ходе выступления глава государства, ссылаясь на исторические факты, нанёс очередной удар по Армении. В частности, здесь он акцентировал ссылку на Кюрекчайский договор 1805 года. Мы рекомендуем МИД Армении изучить Кюрекчайский договор; было бы даже полезно подготовить брошюру об этом соглашении. Их близкое ознакомление с этим договором приблизило бы время заключения мирного договора между Арменией и Азербайджаном. Все, кто читает этот исторический трактат, видят, что Нагорный Карабах - это исконно азербайджанская земля. С одной стороны, соглашение было подписано ханом Карабаха Ибрагимхалил ханом, а с другой - командующим российскими войсками на Кавказе Цициановым. Скажем словами Президента Ильхама Алиева, в Кюрекчайском договоре нет ни единого предложения об армянском народе / общине. Слова Президента о топонимах отражают всю правду. В этой связи достаточно лишь взглянуть на карты и интернет-ресурсы, чтобы армянская сторона могла узнать истинные факты. Например, Ехегнадзор, его исконное название - Кешишкенд, река Раздан, её исконное название - Занги, а Севан – историческое озеро Азербайджана Гёйча.
В своём выступлении Президент также коснулся вопросов, связанных с Республиканской партией Армении. Герб Республиканской партии, которая долгое время находилась у власти в Армении, был идентичен нацистской символике. Но в заявлении МИД Армении этот момент не упоминается, он просто обойдён молчанием. В Армении бывших представителей власти, экс-президентов этой страны привлекли к следствию и арестовали. Р.Кочарян уже год содержится под арестом по ряду обвинений, а С.Саргсян обвиняется в коррупции. На самом же деле эти два человека должны быть привлечены к уголовной ответственности за Ходжалинский геноцид 1992 года и преступления против человечности. Разговоры о демократии в условиях заключения под стражей одного экс-президента и выдвижения обвинений против другого смешны и абсурдны. На днях глава армянского правительства предъявил обвинение судье Конституционного суда за дорогостоящую ручку, и в стране организуется общенародный референдум. Эта политика, проводимая правительством Армении, на самом деле является большим ударом по демократии.
Позорные действия премьер-министра Армении в метро ясно показывают, насколько неуважаем он в стране. Люди даже не здороваются с ним, и тот факт, что молодая женщина бросает ему в лицо разорванный ею лист бумаги, также свидетельствует о том, какой он нерукопожатный человек.
Исламофобия и ксенофобия в Армении находятся в апогее. 99,9% населения составляют именно армяне. Азербайджан же является многоконфессиональным и полиэтническим государством. В выступлении Президента были упомянуты заявления мировых религиозных лидеров, в частности Папы Римского, по данному вопросу в связи с Азербайджаном. Однако до сих пор мы никогда не слышали от религиозных лидеров мира ни слова о многоконфессиональности в Армении. Потому что в Армении, по сути, проводится политика фашистского и ксенофобского толка. Все эти годы армянская молодёжь воспитывалась на основе идеологии фашизма. Представление Арменией себя многострадальным народом есть ни что иное как самоунижение и спекуляция ложной историей. Ни для кого не секрет, что нынешняя власть Армении нелегитимна. Проводимые репрессии в отношении политических конкурентов открыто демонстрируют антидемократическую и антигуманную сущность армянских властей.
Что же касается связей Азербайджана с европейскими структурами, то Президентом Ильхамом Алиевым была дана положительная оценка связям Азербайджана с Европейским Союзом. Со стороны Азербайджана будут продолжены разоблачения тех лиц в некоторых европейских структурах, которые под влиянием Армении вынашивают грязные намерения в отношении Азербайджана. Посоветовали бы МИД Армении не встревать во взаимоотношения Азербайджана с европейскими структурами.
Мы хорошо знаем, что Армения в переговорах с европейскими структурами озвучивает одни мысли, а в переговорах с другими партнёрами – совершенно иные. Даже в ходе контактов с Европой Армения выступает с утверждением, что якобы не будь некоторых её союзников и партнёров, она была бы ещё ближе к Европе. Это – очередной пример лицемерной политики, проводимой Арменией. Тот факт, что МИД Армении за 4 дня сумел написать текст на одном листе бумаги, отражает их ограниченное мышление.
Всё вышеперечисленное является признаками того, что Армения проводит безответственную и опасную политику. И именно эта политика, проводимая Арменией, представляет серьёзную угрозу региональной безопасности. Если такие безответственные действия продолжатся, то ответственность за обострение ситуации в полной мере будет нести Армения.