news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 02 mart 2019

No:045/19, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyanın söylədikləri ilə bağlı açıqlaması (Az/Ru)

Ermənistanın yüksək səviyyəli məmurunun bu kimi fikir söyləməsi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin rəhbərliyi altında aparılan danışıqların mahiyyəti və məntiqi, xüsusilə də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə keçirilmiş sonuncu görüşünün nəticələri ilə ziddiyyət təşkil edərək, uzun illərdir ki, aparılan danışıqlar prosesinə qarşı açıq hücum xarakteri daşıyır. Mahiyyət etibarilə bu, danışıqlar prosesini məhv etmək və həmsədrlərin fəaliyyətini heçə endirmək cəhdi deməkdir. Digər tərəfdən, bu bəyanat Ermənistanın Azərbaycanın torpaqlarının işğalında birbaşa iştirak etdiyinin növbəti aşkar göstəricisidir və Ermənistanın 1949-cu il Cenevrə Konvensiyaları və Əlavə Protokollarına zidd olaraq həyata keçirdiyi qeyri-qanuni köçürmələr siyasəti də daxil olmaqla bu ərazilərin ilhaqı planlarına bəraət qazandırmaq cəhdidir.

Bununla əlaqədar olaraq işğalçı ölkəyə xatırlatmaq istərdik ki, bu kimi təxribat xarakterli çıxışların bütün mümkün mənfi nəticələrinə görə məsuliyyəti, məhz Ermənistan Respublikası daşıyır.

Azərbaycan, öz tərəfindən, bu məsələni BMT, ATƏT və digər aparıcı beynəlxalq təşkilatlar çərçivəsində qaldıracaq. Eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədrlərini Ermənistanın yüksək siyasi rəhbərliyinin nümayəndələrinin bu kimi addımlarını qəti şəkildə pisləyən bəyanatla çıxış etməyə çağırırıq.

*** 

Реакция Пресс-службы МИД Азербайджана на высказывания директора Службы национальной безопасности Армении Артура Ванецяна

То, что высокий чиновник Армении высказался в таком ключе, является неприкрытым выпадом против многолетнего переговорного процесса под эгидой сопредседателей Минской группы ОБСЕ, противореча его сущности и логике, особенно в свете результатов последней встречи министров иностранных дел Азербайджана и Армении в Париже. По сути, здесь налицо попытка подорвать переговорный процесс и бросить вызов деятельности сопредседателей. С другой стороны, данное заявление является ещё одним явным свидетельством прямого участия Армении в оккупации территорий Азербайджана и стремления хоть как-то «оправдать» вынашиваемые ею планы по аннексии этих земель, в том числе путём проведения незаконной переселенческой политики, что в корне противоречит Женевским Конвенциям 1949 г. и Дополнительным протоколам к ним.

В данной связи, хотели бы напомнить стране-агрессору, что именно Республика Армения несёт ответственность за все возможные негативные последствия подобных провокационных высказываний.

Азербайджан, со своей стороны, поднимет этот вопрос в рамках ведущих международных организаций, включая ООН, ОБСЕ и т.д. Вместе с тем, призываем сопредседателей МГ ОБСЕ выступить с решительным заявлением о принципиальном осуждении такого рода шагов представителей высшего политического руководства Армении. 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti