news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 fevral 2020

No:020/20, Xarici İşlər naziri Elmar Məmmədyarov Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb

Xarici İşlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası çərçivəsində Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Görüş zamanı ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin inkişafından məmnunluq ifadə olundu.

Tərəflər hər iki ölkənin iştirakı ilə reallaşdırılan mühüm layihələri müzakirə edərək Azərbaycan və Türkiyənin təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional layihələrin əhəmiyyətini xüsusilə vurğuladılar.

Həmçinin Türk Şurasının əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparılaraq, təşkilatın beynəlxalq səviyyədə artan nüfuzundan və beynəlxalq təşkilatlar ilə əmədaşlığından danışıldı.  

Nazir Elmar Mammadyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin hazırki vəziyyəti və bu xüsusda, keçirilmiş Cenevrə görüşü ilə bağlı qarşı tərəfə məlumat verdi.  

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti