No:008/20, AR XİN Mətbuat xidməti idarəsinin rəisi KİV-in sualını cavablandırır (Az/Ru)
Sual: Ermənistan XİN-i Azərbaycanın 1990-cı ilin yanvar hadisələri ilə bağlı reaksiyasına münasibətdə şərhlə çıxış edib. Bu xüsusda mövqeyinizi öyrənmək istərdik.
Cavab: Öncə qeyd etmək istərdim ki, 1990-cı ilin 20 yanvar tarixində Azərbaycanın qəhrəman oğul və qızlarının ölkənin müstəqilliyi uğrunda canlarından keçərək, müasir tariximizin şərəfli bir səhifəsinə adlarını öz qanları ilə yazmalarının 30-cu ildönümü həm ölkəmizdə, həm də diplomatik nümayəndəliklərimiz tərəfindən dünyanın 60-dan çox ölkəsində anım mərasimləri ilə qeyd olundu. Beynəlxalq ictimaiyyətin, o cümlədən ölkəmizdəki diplomatik korpusun bu xüsusda bizə verdiyi dəstəyi xüsusilə vurğulamaq istərdik.
1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusunun dinc azərbaycanlılara qarşı törətdiyi qırğın insanlıq əleyhinə cinayətdir və bu cinayətə görə məsuliyyəti keçmiş sovet rəhbərliyi daşıyır. 1990-cı ilin yanvar hadisələri Azərbaycan xalqının müstəqillik əzmini qıra bilmədi və ölkəmiz dövlət müstəqilliyini bərpa etdi. Bu gün Azərbaycanın müstəqilliyi və suverenliyi bütün beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə tanınır və dəstəklənir.
O ki, qaldı Ermənistanın 1990-cı ilin yanvar hadisələri ilə bağlı apardığı uydurma propaqandaya, bu kimi fəaliyyəti ilə Ermənistan tərəfi Azərbaycanın dinc əhalisinə qarşı tarixən həyata keçirdiyi soyqırımı, etnik təmizləmə siyasətini, Xocalı şəhərində bir gecədə 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirdiyini gizlətmək məqsədini güdür. Ermənistan XİN-i Azərbaycanı əsassız şəkildə ittiham etməkdənsə, öz tarixinə diqqət yetirməli, keçmiş prezidentlərinin şəxsən təsdiq etdiyi etnik təmizləmə siyasətini və yüz minlərlə azərbaycanlının fundamental hüquqlarını kobudcasına pozduqlarını və beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənən işğalçı siyasəti illərdir ki, davam etdirdiklərini etiraf etməlidir.
***
Вопрос: МИД Армении прокомментировал реакцию Азербайджана на январские события 1990-го года. Хотелось бы узнать вашу позицию по данному вопросу.
Ответ: Прежде всего хотела бы отметить, что памятные мероприятия в честь 30-й годовщины событий 20 января 1990-го года, когда героические сыны и дочери азербайджанского народа, пожертвовав своими жизнями за государственную независимость нашей страны, кровью вписали свои имена в славные страницы новейшей истории Азербайджана, были проведены нашими дипломатическими представительствами в более чем 60-ти странах мира. Мы хотели бы особо отметить поддержку, оказываемую нам международным сообществом, в том числе дипломатическим корпусом в нашей стране.
Резня, совершенная советскими войсками против гражданского населения в ночь с 19-го на 20-го января 1990-го года, является преступлением против человечества, и ответственность за это преступление несет бывшее советское руководство. События января 1990-го года не смогли сломить стремление азербайджанского народа к независимости, и наша страна восстановила свою независимость. Сегодня независимость и суверенитет Азербайджана однозначно признаются и поддерживаются всем международным сообществом.
Что же касается провокационной пропаганды, проводимой Арменией в связи с январскими событиями 1990-го года, то этой деятельностью армянская сторона преследует цель скрыть геноцид, проводимый на протяжении истории против мирного населения Азербайджана, политику этнической чистки, а также зверское убийство в Ходжалы за одну ночь 613-ти гражданских лиц. МИД Армении, вместо необоснованных обвинений Азербайджана, должен обратить внимание на свою историю, признать осуществленную Арменией политику этнической чистки, которая была одобрена лично бывшим президентом этой страны, грубое нарушение фундаментальных прав сотен тысяч азербайджанцев, а также проводимую ею уже несколько лет политику оккупации, которую решительно осуждает международное сообщество.