news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 17 iyun 2017

No: 173/17, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Kolumbiya Respublikasının xarici işlər naziri Maria Anxela Olginin birgə mətbuat açıqlaması

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Kolumbiya Respublikasının xarici işlər naziri Maria Anxela Olginin birgə mətbuat açıqlaması

Bakı, 16 iyun 2017-ci il

Kolumbiya Respublikasının xarici işlər naziri xanım Maria Anxela Olgin Azərbaycan Respublikasına işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının prezidenti Zati-aliləri cənab İlham Əliyev tərəfindən qəbul edildi.

Maria Anxela Olgin Kolumbiya Respublikasının Prezidenti Xuan Manuel Santos salamlarını və xoş arzularını Prezident Zati-aliləri cənab İlham Əliyevə çatdırdı, öz növbəsində, Prezident İlham Əliyev ən xoş arzularının Prezident Xuan Manuel Santos çatdırılmasını xahiş etdi.

Səfər çərçivəsində Azərbaycan və Kolumbiya xarici işlər nazirləri görüş keçirərək ikitərəfli münasibətlərin cari statusunu nəzərdən keçirdilər və siyasi dialoqun müsbət inkişafından məmnunluq ifadə etdilər.

Nazirlər Kolumbiya və Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin önəmini qeyd edərək, Maria Anxela Olginin 8 iyul 2013-cü il 20 tarixində Azərbaycan Respublikasına, nazir Elmar Məmmədyarovun 29-30 may 2017-ci il tarixlərində Kolumbiya Respublikasına rəsmi səfərini xoş təəssüratlarla xatırladılar. Bu xüsusda nazirlər daimi diplomatik təmsilçiliyin ikitərəfli əlaqələrimizin inkişaf dinamikasına yeni bir təkan verdiyini vurğuladılar.

Nazirlər Azərbaycan və Kolumbiyanın bir-birilərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və dəstəyi bir daha bəyan etdilər. Onlar həmçinin güc yolu ilə ərazilərin tutulmasının qəbuledilməz olduğunu vurğuladılar.

Nazir Məmmədyarov uzun müddətdir ölkədə davam edən münaqişənin sülh yolu ilə nizamlanması münasibətilə Kolumbiya xalqını təbrik etdi və əldə edilmiş sülh razılaşmasının ölkənin davamlı barışıq və inkişaf üçün çoxsaylı imkanlar yaradacağına ümid etdiyini qeyd etdi.

Nazir Olgin Azərbaycanın işğal edilmiş ərazilərindəki vəziyyətin danışıqlar və sülh yolu ilə həllinə istiqamətlənmiş BMT nizamnaməsinin məqsədləri, prinsipləri və müddəalarına, beynəlxalq hüququn qaydalarına və BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş qətnamələrinə əməl edilməsinin vacibliyini ifadə etdi.

Nazirlər iqtisadi-ticarət, təhsil, turizm, kənd-təsərrüfatı, enerji, logistika, sərmayələrin qoyuluşu və humanitar sahələrdə qarşılqılı faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd etdilər. Təhsil sahəsində əməkdaşlıq çərçivəsində tələbə və tədqiqatçıların mübadiləsi xüsusi olaraq vurğulandı. İki ölkənin müvafiq diplomatik tədris və təlim müəssisələri arasında əməkdaşlığa toxunan nazirlər Kolumbiya XİN-nin dəstəyi ilə Azərbaycan XİN əməkdaşları üçün təşkil edilən ispan dili kurslarının rolunu qeyd etdilər.
Tərəflər hazırkı ticarət dövriyyəsinin iki ölkənin potensialını əks etdirmədiyini bildirdilər və ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün iki ölkənin biznes icmaları arasında birbaşa təmasların qurulmasının təşviqi barəsində ortaq mövqelərini bölüşdülər. Nazir Olqinin Azərbaycanın regionlarına (Hacıqabul, Kürdəmir, Göyçay, Zaqatala) fındıq və nar istehsalı sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyan səfəri səmərəli bir layihə kimi Kolumbiyadakı sülh quruculuğuna gələcək töhfə verməsi baxımından vacibdir.

Tərəflər Nazir Məmmədyarovun bu ilin mayında Kolumbiyaya səfəri zamanı imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Kolumbiya Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”in mədəniyyət və turizm sahəsində əməkdaşlığa təkan verəcəyinə əminlik ifadə etdilər. Həmçinin, müqavilə-hüquq bazasının genişləndirilməsinə dair fikir apardılar.

Nazirlər ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası diplomatiyanın xüsusi rolunu qeyd etdilər və bu xüsusda Azərbaycan-Kolumbiya Parlamentlərarası Dostluq Qrupunun fəaliyyətini təqdir etdilər. Nazir Məmmədyarov bu xüsusda Kolumbiya Senatının II konstitusional daimi komitəsində “Azərbaycan Respublikasının ərazisinin qanunsuz işğal edilməsi” adlı qətnamənin, həmçinin Senatın Xarici Əlaqələr Komissiyası tərəfindən Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar sənədin qəbul edilməsini yüksək qiymətləndirildiyini nəzərə çatdırdı.

Həmçinin nazirlər beynəlxalq gündəlikdə duran məsələləri müzakirə etdilər və sülh və təhlükəsizliklə beynəlxalq düzəmin əsasını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlərinə dair öhdəliklərini ifadə etdilər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti