news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 fevral 2015

Ermənistanın xarici işlər naziri Eduard Nalbəndyanın açıqlamasına cavab olaraq, Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyevin şərhləri

Ermənistan rəhbərliyi nəhayət dərk etməlidir ki, beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq, yalnız Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra regionda sülh, təhlükəsizlik və sabitlik bərqərar oluna bilər. Mahiyyətsiz, boş və demaqoqiya xarakterli bəyanatlar vermək əvəzinə Ermənistan rəhbərliyi ilk növbədə ATƏT-in Minsk Qrupunun həmsədrləri başda olmaqla, dünya ölkələrinin rəhbərlərinin israrlı çağırış və müraciətlərinə riayət edərək ən tez bir zamanda sülh sazişi üzərində danışıqlara başlamalıdır. 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti