No:185/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Avstriya Azərbaycan Ticarət Palatası və Avstriya Azərbaycan Əməkdaşlıq Şurasının nümayəndələri ilə görüşü barədə məlumatı

Avstriyaya işgüzar səfəri çərçivəsində 25 may 2021-ci il tatixində nazir Ceyhun Bayramov Avstriya Azərbaycan Ticarət Palatası, Avstriya Azərbaycan Əməkdaşlıq Şurasının nümayəndələri ilə görüşüb.

Görüşdə nazir münaqişədən sonra regionda yaranmış yeni reallıqlar, işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması, qeyd olunan ərazilərdə yeni texnologiyaların tətbiqi ilə "yaşıl enerji zonasının" yaradilması, "ağıllı şəhər" və "ağıllı kənd" layihləri barədə məlumat verdi.

Avstriya şirkətlərinin qeyd olunan layihələrdə iştirakı mümkünlüyü qeyd olundu və bu xüsusda konkret təkliflərin irəli sürülməsi məsləhət görüldü.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti