Qanundan demokratiyaya doğru Avropa Komissiyasının (Venesiya Komissiyası) 20-ci ildönümünə həsr edilmiş mərasimdə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı
Qanundan demokratiyaya doğru Avropa Komissiyasının (Venesiya Komissiyası) 20-ci ildönümünə həsr edilmiş mərasimdə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı
05 iyun 2010-cu il
Xanımlar və cənablar,
Hörmətli dostlar və həmkarlar,
Mən Venesiya Komissiyasının 20-ci ildönümünün qeyd olunması ilə əlaqədar bu gun sizinlə bu gözəl məkanda bir yerdə olmaqdan çox məmnunam. Qitəmizdə baş vermiş dərin dəyişiklər nəticəsində 1990-cı illərin ortalarında yaradılmış Komissiyanın milli konstitusiyaların və qanunların ahəngliliyində və qəbulunda Avropa Şurasının standartlarına uyğunlaşdırılmasında rolu həlledici olmuşdur. Azərbaycan həmişə Venesiya Komissiyası ilə əməkdaşlığa böyük önəm vermiş və biz qanunvericiliyimizin inkişafında kömək edilməsində dəyərli işə görə minnətdarıq.
Bu çox müsbət haldır ki, Venesiya Komissiyası Avropa hüquqi məkanından qırağa çıxaraq, zəngin təcrübəsi, şəffaflığı, yüksək nüfuzu və çox peşəkar heyəti ilə Latın Amerikası və Yaponiya kimi ölkələrə də çatmışdır. Hazırda beynəlxalq səviyyədə tanınmış qurum kimi, o, Avropa konstitusiya irsinin Avropanın daxilində və kənarında yayılmasına yardım etməsini müvəffəqiyyətlə davam edir, münaqişələrin qarşısının alınmasının və böhranların idarə olunmasının hüquqi aspektlərində unikal rol oynayır.
Həqiqətən də münaqişələr qitəmizin sabitliyini və təhlükəsizliyini hədələyir və Avropa Şurasının əsas prinsip və məqsədlərini sual altına qoyur. Onlar təsirə edilmiş regionların ölkələri arasında normal münasibətləri, davamlı inkişafı və insan təhlükəsizliyini təhlükəyə məruz qoyur. Bu münaqişələrin davamlı həllinə nail olunmasına özümüzü tərəfdar etmək olduqca vacibdir. Azərbaycan Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini qoruyur və məhz bunun əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqları davam etdirmək niyyətindəyik. Avropa dəyərlərinə sadiq olan Azərbaycan münaqişənin həlli prosesini, bütün erməni qoşunlarının işğal edilmiş bütün Azərbaycan torpaqlarından çıxarılması, doğma torpaqlarından didərgin düşmüş, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionunda məskunlaşmış əhalinin geri qayıtması, yəni münaqişə başlamazdan öncə olduqları yerlərə, Dağlıq Qarabağ regionunda erməni və azərbaycanlı icmalarının sülh içərisində birgə yaşamaları üçün demokratik standartlar əsasında əlverişli şəraitin yaradılmasında görür. Bütün bunlar hüquqi və demokratik proseslər çərçivəsində, erməni və azərbaycanlı icmalarının birbaşa və bərabər şəkildə iştirakı ilə Dağlıq Qarabağın Azərbaycan Respublikasının daxilində özünüidarəetmə hüquqi statusunun müəyyən edilməsi üçün əlverişli şərait yarada bilər.
Azərbaycan öz cəmiyyətinin demokratikləşdirilməsi və insan hüquqlarının qorunması və dəstəklənməsi yolunda mühüm addımlar atan bir ölkədir. Məhkəmə və qanun islahatlar sahəsinin inkişaf etdirilməsində daha çox uğur əldə olunmuşdur. Yeni, xüsusən də gənc nəslin nümayəndələri arasından hakimlər, yeni məhkəmə binaları, davamlı keçirilən treninq və seminarlar, müasir penitensiar xidmətlər, daha yaxşı əlaqə və daha çox şəffaflıq bu göstəricilərdən yalnız bir hissəsidir. Qeyd olunasıdır ki, AŞ-nın və o cümlədən Venesiya Komissiyasının, Aİ və ATƏT kimi digər beynəlxalq tərəfdaşların dəstəyi ilə Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Azərbaycanın məhkəmə strukturları ilə əməkdaşlıqda bir sıra proqramlar da həyata keçirilməkdədir. Bu, insan hüquqları və azadlıqlarına dəstək verir.
Diqqətinizə görə minnətdaram.