news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 sentyabr 2016

Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqunu qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Respublikasının Azərbaycandakı səfiri Alper Coşqunu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Azərbaycandan xoş təəssüratla ayrıldığını qeyd edən səfir Alper Coşqun, diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə Azərbaycan hökumətinə, o cümlədən Xarici işlər Nazirliyinə təşəkkürünü bildirdi.

Nazir Elmar Məmmədyarov Azərbaycanla Türkiyə arasında olan qardaşlıq və dostluq əlaqələrinin daha da dərinləşməsində oynadığı mühüm rola görə səfir Alper Coşquna təşəkkür etdi və iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığın genişləndirilməsində Alper Coşqunun fəaliyyətini yüksək qiymətləndirdi.

Görüşdə Azərbaycan və Türkiyə arasında əməkdaşlığın bütün sahələrdə qardaşlıq və strateji müttəfiqlik prinsipləri əsasında yüksələn xətt üzrə inkişaf etdiyi vurğulandı, ikitərəfli əməkdaşlığın regionda və onun hüdudlarından kənarda sülh və inkişafın təmin olunmasına xidmət etdiyi qeyd olundu. Üçtərəfli formatda əməkdaşlığın vacibliyi qeyd olunaraq, bu xüsusda Azərbaycan-Gürcüstan- Türkiyə, Azərbaycan-Türkmənistan-Türkiyə və Azərbaycan-İran-Türkiyə mexanizmlərinin əhəmiyyəti qeyd olundu.

Elmar Məmmədyarov bir daha məlum dövlət çevrilişinə cəhdin qarşının alınmasında şəhid olanların doğmalarına və qardaş Türkiyə xalqına başsağlığı verdi. O, Azərbaycan və Türkiyənin daim bir-birinin yanında olduğunu vurğuladı.

Nazir Səfir Alper Coşquna gələcək diplomatik fəaliyyətində uğurlar arzu etdi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti