Xarici işlər naziri Elmar Məmmədyarov 16-cı Doha Qlobal Forumunda iştirak etmək üçün Qətərə səfər edəcəkdir
Xarici işlər naziri Elmar Məmmədyarov Doha şəhərində keçiriləcək 16-cı Doha Qlobal Forumunda iştirak etmək üçün 21 may 2016-cı il tarixində Qətərə səfər edəcəkdir. Forum çərçivəsində nazir Elmar Məmmədyarovun “Beynəlxalq və regional status-kvo və çağırışlarla üzləşməyin vasitələri” adlı plenar sessiyada çıxışı nəzərdə tutulub.