No:615/22, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistan Respublikasının keçmiş xarici işlər naziri Vladimir Norov arasında telefon danışığına dair mətbuat məlumatı 

31 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının keçmiş xarici işlər naziri Vladimir Norov arasında telefon danışığı baş tutub.

 

Nazir Ceyhun Bayramov, Vladimir Norovun dost və qardaş Özbəkistanın xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində səylərini məmnunluqla vurğulayıb və qarşı tərəfə təşəkkürünü ifadə edib.

 

Nazir, Vladimir Norova yeni vəzifəsində müvəffəqiyyətlər arzulayıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti