No:608/22, Azərbaycan və Mərakeş arasında siyasi məsləhətləşmələrə dair mətbuat məlumatı
26-27 dekabr 2022-ci il tarixlərində Rabat şəhərində Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında siyasi məsləhətləşmələr keçirilib.
Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayev, Mərakeş tərəfindən Xarici İşlər Nazirliyinin Asiya və Okeaniya məsələləri üzrə baş direktoru, səfir Abdulkader Əl-Ansari rəhbərlik edib.
Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar, parlamentlərarası əlaqələr sahələri üzrə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Bununla yanaşı, nazir müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Mərakeşə səfəri çərçivəsində Mərakeş Krallağının xarici işlər, Afrika əməkdaşlığı, xaricdə yaşayan mərakeşlilər naziri Nasser Burita ilə keçirilmiş görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb. Mərakeş tərəfinə 2023-cü ilin mart ayında Bakı şəhərində keçiriləcək Qoşulmama Hərəkatının COVID-19-a qarşı təmas qrupunun Zirvə görüşü barədə məlumat verilib.
Səfər çərçivəsində, Azərbaycan nümayəndə heyəti həmçinin bir sıra təhsil və elmi araşdırma mərkəzlərinin nümayəndələri ilə görüşlər keçirib.