No:584/22, Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Vaşinqtona səfəri barədə mətbuat məlumatı

11-13 dekabr 2022-ci il tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Fariz Rzayevın rəhbərlik etdiyi nümayəndə heyəti Vaşinqtonda səfərdə olub.

 

Dekabrın  11-də nazir müavini Baltimor şəhərində təşkil olunmuş “Orta dəhliz: limanlar və hava daşımaları vasitəsilə iqtisadiyyatların birləşdirilməsi” (Middle corridor: connecting economies through ports and air freight  connectivity) adlı konfransda iştirak edib, ölkəmizin bu mühüm layihədə artan rolu haqqında danışıb.

 

12 dekabr tarixində nazir müavini Azərbaycan Respublikasının Vaşinqtondakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş toplantıda iştirak edib, qonaqlar qarşısında dahi şəxsiyyət barədə öz fikirləri ilə bölüşüb.

 

Dekabrın 13-də nümayəndə heyətinin ABŞ Konqresi aparatının əməkdaşları ilə görüşü keçirilib. Görüş zamanı nazir müavini Cənubi Qafqazda gedən proseslər, Azərbaycan-Ermənistan arasında sülh sazişinin hazırlanması üzrə danışıqların gedişatı, regionda həyata keçirilən irimiqyaslı layihələr barədə ətraflı məlumat verib, qarşı tərəfinin çoxsaylı suallarını cavablandırıb.

 

Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin Konqresdə  ölkəmizlə sıx əməkdaşlıq edən konqresmen Stiv Şabotun təqaüdə çıxması münasibətilə təşkil olunmuş mərasimdə iştirak edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti