No:513/24, Nazir Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili arasında telefon danışığına dair mətbuat məlumatı
26 dekabr 2024-cü il tarixində Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Nazir M.Botçorişvili 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində həlak olanların ailə üzvlərinə başsağlığı diləklərini çatdırıb, dost Azərbaycan xalqına səbr diləyib. Bu faciəvi gündə Gürcüstanın hər zaman Azərbaycanın yanında olduğu vurğulanıb.
Nazir Ceyhun Bayramov baş sağlığına, ölkəmiz və xalqımız üçün ağır bir gündə göstərilən dəstəyə görə dost Gürcüstan tərəfinə təşəkkür edib.