No:383/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun İraq Respublikasının xarici işlər naziri Fuad Hüseyn ilə görüşünə dair məlumatı

12 oktyabr 2021-ci il tarixində nazir Ceyhun Bayramovun Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə bağlı Belqradda keçirilən yüksək səviyyəli tədbir çərçivəsində İraq Respublikasının xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.

Görüşdə nazirlər iki ölkə arasında əlaqələrin genişləndirilməsi, o cümlədən iqtisadi sahədə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Turizm sahəsində əlaqələrin genişləndirilməsi potensialı vurğulanıb.

Nazirlər, bölgələrdəki ən son vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması üçün beynəlxalq hüquq prinsiplərinə ciddi riayət edilməsinin vacibliyi vurğulanıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti