No:354/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Niger Respublikasının Xarici İşlər, Əməkdaşlıq və Afrika İnteqrasiyası naziri Kalla Ankurao ilə görüşüb
Qonağı salamlayan Nazir Elmar Məmmədyarov Azərbaycanın Niger ilə əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsində maraqlı olduğunu diqqətə çatdırdı.
Nigerli Nazir, öz növbəsində ölkəsinin başçısının digər öhdəliklərinin olması səbəbindən QH-nin Zirvə Görüşündə iştirak edə bilmədiyini bildirərək onun üzrxahlığını çatdırdı, görüşün yüksək səviyyədə təşkil edildiyini qeyd etdi və ölkəmizə sədrliyi dövründə uğurlar arzuladı.
Görüş əsnasında Nigerdən olan tələbə və mütəxəssislərin Azərbaycanda təhsil almaq, habelə neft sənayesi sahəsində Azərbaycanın təcrübəsindən faydalanmaq niyyətində olduğu qeyd edildi və bu istiqamətlərdə məhsuldar əməkdaşlığın davam etdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə həmçinin, iki ölkə arasında beynəlxalq təşkilatlar, xüsusilə BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində sıx əlaqələrin və qarşlılıqlı faydalı əməkdaşlığın əhəmiyyəti qeyd edildi. Niger ilə Azərbaycan arasında BMT və İƏT çərçivəsində təşəkkül tapmış əməkdaşlığın QH çərçivəsində də müvaffəqiyyətlə inkişaf edəcəyinə dair əminlik ifadə edildi. Bu xüsusda, 2020-ci ildən Nigerin BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyünün gözəl fürsət olacağı qeyd edildi.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi apardılar.
Görüşün sonunda Nazir Kalla Ankurao Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş Xatirə kitabına öz ürək sözlərini yazdı.