No:352/24, Nazir Ceyhun Bayramovun Meksika Birləşmiş Ştatlarının xarici işlər naziri Alisia Barsena ilə görüşünə dair mətbuat məlumatı

23 sentyabr 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Meksika Birləşmiş Ştatlarının xarici işlər naziri Alisia Barsena ilə görüşüb.

 

Görüş zamanı Azərbaycan və Meksika arasında ikitərəfli və çoxtərəfli münasibətlər, əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərindən irəli gələn məsələlər müzakirə olunub.

 

Tərəflər ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində qarşılıqlı təmasların artırılmasının vacibliyini vurğulayıblar.

 

Azərbaycanın COP29 sədrliyi çərçivəsində sessiyanın təşkilinə hazırlıq işləri, bu istiqamətdə keçiriləcək əsas və yan tədbirlər, habelə aparılan danışıqlar prosesindən ətraflı bəhs edən nazir Ceyhun Bayramov, COP29 sədrliyimiz dövründə iqlim dəyişikliyi ilə mübarizə sahəsində Meksika ilə də əməkdaşlığımızı inkişaf etdirmək niyyətində olduğumuzu bildirib.

 

Ənənəvi olaraq karbohidrogen resursları ilə zəngin ölkə kimi tanınan Azərbaycanın “yaşıl enerji” gündəliyinin irəlilədilməsində qərarlı olduğu, habelə bu istiqamətdə bir sıra beynəlxalq tərəfdaşlarla birgə çalışmaq niyyətində olduğu diqqətə çatdırılıb.

 

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti