No:351/24, Nazir Ceyhun Bayramovun Lüksemburq Böyük Hersoqluğunun xarici işlər və xarici ticarət naziri Xavier Bettel ilə görüşünə dair mətbuat məlumatı

23 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Lüksemburq Böyük Hersoqluğunun xarici işlər və xarici ticarət naziri Xavier Bettel ilə görüşüb.

 

Görüşdə, Azərbaycan və Lüksemburq arasında ikitərəfli əlaqələrin perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

 

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin gedişatı və mövcud problemlər barədə məlumat verib. 

 

Ermənistan Konstitusiyasında Azərbaycana qarşı davam edən ərazi iddialarının sülh əldə edilməsinə əsas maneə olduğu vurğulanıb. 

 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyimiz çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq üçün mövcud perspektivlərdən istifadənin vacibliyi qeyd olunub.

 

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti